Azərbaycan - Almaniya oyununun vaxtı müəyyənləşdi
17 yaşadək futbolçular arasında Avro-2020-nin seçmə mərhələsinin təqvimi açıqlanıb. SportLine.az xəbər verir ki, IX qrupda yer alan Azərbaycan millisinin də oyunlarının vaxtı müəyyənləşib.
Komandamız mübarizəyə Yunanıstanla görüşlə start verəcək. 2019-cu il, noyabrın 13-nə təsadüf edəcək qarşılaşmadan üç gün sonra Almaniya ilə üz-üzə gələcək seçməmiz, sonuncu matçında Qazaxıstan millisi ilə münasibətləri aydınlaşdıracaq.
U-17, Avro-2020-nin təsnifat mərhələsi
IX qrup
I tur, 13 noyabr
Almaniya – Qazaxıstan
Azərbaycan - Yunanıstan
II tur, 16 noyabr
Almaniya – Azərbaycan
Yunanıstan – Qazaxıstan
III tur, 19 noyabr
Yunanıstan – Almaniya
Qazaxıstan – Azərbaycan