Azərbaycan Basketbol Liqasında bu gün

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, günün yeganə matçında "Sabah" "Gəncə"ni qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

"Sabah" A qrupunda 6 xalla liderdir. Rəqiblərindən bir oyun az keçirən bölgə təmsilçisi 3 xalla dördüncüdür.

Qeyd edək ki, IV tura oktyabrın 26-da yekun vurulacaq.