Azərbaycan Basketbol Liqasında bu gün
Azərbaycan Basketbol Liqasında VI tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, günün yeganə matçında "Lənkəran" "Sumqayıt"ı qəbul edəcək.
Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 7 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 6 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.