Azərbaycan Basketbol Liqasında bu gün

Azərbaycan Basketbol Liqasında bu gün VIII tura start veriləcək.

Sportline.az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

B qrupunda "Sərhədçi" evdə "Ordu" ilə üz-üzə gələcək. Matç saat 17:00-da start götürəcək. "Ordu" qrupda 14 xalla liderdir. 9 xala malik "Sərhədçi" sonuncu - altıncıdır.

A qrupunda isə "Neftçi" "Gəncə" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 20:00-da başlayacaq. "Gəncə" 8 xalla dördüncü, "Neftçi" 7 xalla beşincidir.

Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.