Azərbaycan Basketbol Liqasında bu gün
Azərbaycan Basketbol Liqasının III turunda bu gün növbəti görüşlər keçiriləcək.
Sportline.az xəbər verir ki, "Sabah" Şəki" ilə üz-üzə gələcək.
Qarşılaşmaya saat 14:30-da start veriləcək. "Sabah" 4 xalla A qrupunun lideridir. 2 xala malik "Şəki" isə 5-ci yerdə qərarlaşıb.
Günün son matçında "Sumqayıt" "Quba" ilə görüşəcək. Bu matç isə saat 16:30-da başlayacaq. "Quba" B qrupunda 3 xalla 4-cü pillədə yer alıb. 2 xala malik "Sumqayıt" sonuncu - 6-cı yerdədir.
Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.
Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.