Azərbaycan Basketbol Liqasında II tura start verilir

Azərbaycan Basketbol Liqasında II tura bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, günün yeganə matçında A qrupunda qərarlaşan "Neftçi" və "Şəki" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura oktyabrın 12-də yekun vurulacaq. "Neftçi" və "Şəki" A qrupunda 1 xalla 5-6-cı yerləri bölüşürlər.