Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
Sportline.az xəbər verir ki, günün son oyununda "Sabah" "Şəki"nin qonağı olub.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 115:83.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah" A qrupunda liderliyini davam etdirir. "Şəki" 9 xalla beşinci sıradadır.
Günün ilk oyununda "Quba" "Sumqayıt"dan üstün olub - 107:90.
Qeyd edək ki, VIII turda daha əvvəl "Ordu" "Sərhədçi"ni (100:64), "Gəncə" "Neftçi"ni (80:73), "Abşeron Lions" NTD-ni (102:87), "Naxçıvan" "Lənkəran"ı (82:75) məğlub edib.