Azərbaycan Bolqarıstana məğlub oldu

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoxlama oyununu keçirib.

SportLine.az xəbər verir ki, qarşılaşma millinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmamızın heyətində Kamran Quliyev fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl baş tutan oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.