Azərbaycan çempionatı: yeni mövsümün statistikası

Avqustun ikinci yarısı Azərbaycan Premyer Liqasının yeni mövsümünün başlaması ilə əlamətdar olacaq. Sayca 28-ci ölkə çempionatı avqustun 16-da başlayacaq. İndiyədək keçirilən 27 yarışda 2955 futbolçu meydana çıxıb.

Sportline.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı 28-ci mövsüm öncəsi ən çox oyun keçirən 28 futbolçunun siyahısını təqdim edir. Burada 289 və daha çox oyuna çıxanlar yer alıb. Onlardan 20-si “300” səddini arxada qoymağa müvəffəq olub.

Azərbaycan çempionatlarının rekordçusu Mahmud Qurbanovdur. Onun hesabında 421 matç var. Azər Məmmədov ondan 33 oyun geri qalır. Cədvəlin 3-cü pilləsində isə Rəşad Sadiqov qərarlaşıb. O, 386 görüşdə meydana çıxıb.

Yer/Futbolçu/Oyun

1. Mahmud Qurbanov 421

2. Azər Məmmədov 388

3. Rəşad Sadiqov 386

4. Aslan Kərimov 382

5. Rəşad Abdullayev 378

6. Rahid Əmirquliyev 372

7. Aqil Məmmədov 363

8. İsmayıl Məmmədov 351

9. Elnur Abdullayev 334

10. Rəşad Sadıqov 333

11. Vüqar Nadirov 332

12. Kənan Kərimov 327

13. Rail Məlikov 324

14. Nadir Nəbiyev 316

15. Mübariz Orucov 311

16. Elvin Məmmədov 308

17. Müşfiq Hüseynov 305

18. Ədəhim Niftəliyev 303

19-20. Arif Daşdəmirov 302

  Kamal Quliyev 302

21. Vurğun Hüseynov 299

22. Mehman Yunusov 298

23. Viktor İqbekoyi 294

24. Aleksandr Çertoqanov 292

25. Vidadi Rzayev 291

26. Rövşən Əhmədov 290

27-28. Samir Musayev 289

  Samir Zərgərov 289