Azərbaycan çempionatında 6-cı turun rəmzi komandası

Azərbaycan Premyer Liqasında VI turun rəmzi komandası müəyyənləşib. 

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, "11-liy"ə "Sabah"dan 5, "Qarabağ"dan 4, "Neftçi"dən isə 2 oyunçu daxil edilib. 

Turun ən yaxşı futbolçusu isə "Qarabağ"dan Markos Madera (Miçel) olub. 

Qapıçı: Asmir Beqoviç - 269 (“Qarabağ”) - 2

Müdafiəçilər: Təmkin Xəlilzadə - 326 (“Sabah”), Bəhlul Mustafazadə – 283 (“Sabah”), Ruslan Abışov - 284 (“Sabah”), Abbas Hüseynov - 299 (“Qarabağ”) - 5

Yarımmüdafiəçilər: Ozan Can Kökcü – 274 (“Sabah”), Markos Madera - 338 (“Qarabağ”)-2, Hendrik Ekşteyn - 273 (“Sabah”), Dario Frederiko – 278 (“Neftçi”)

Hücumçular: Rauf Əliyev - 237 (“Neftçi”), Mahir Emreli - 292 (“Qarabağ”) - 2

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.