Azərbaycan çempionatında həftənin futbolçusu

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXIII  turunun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu, “Neftçi”nin üzvü Baqali Dabodur. Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Araşdırmalara əsasən Baqali Dabo turun ən yaxşı indeksə malik futbolçusudur.