Azərbaycan çempionatında lider dəyişmədi

Azərbaycan I Divizionunda 17-ci tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma olub:

"Keşlə-2" -  "Sabah-2" - 0:2
Qollar:
  Tural Nəsirov, 20, Reza Bigdelo, 58

"Qarabağ-2" -  "Sumqayıt-2" - 1:3
Qollar:
 İbrahim Əliyev, 14 (0:1), Murad Xaçayev, 21 (0:2), Con Delarj, 44 (1:2), İbrahim Əliyev, 71 (1:3)

MOİK - "Şüvəlan" - 1:0
Qol:
 Raul  Yaqubzadə,1 

Xal ehtiyatını 41-ə çatdıran MOİK liderliyi qoruyur. "Sumqayıt-2" 40 xalla 2-ci, "Neftçi" 32 xalla 3-cü pillədədir.