Azərbaycan çempionatında limit məsələsi müzakirə olunacaq

AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. 

Sportline.az xəbər verir ki, bu barədə KK sədri Riad Rəfiyev komitənin bugünkü iclasından sonra bildirib.

O, iclasın aprelin 16-da keçiriləcəyini diqqətə çatdırıb.

Rəfiyev həmin toplantıda start heyətdə gənc futbolçuların yaş limiti məsələsinin müzakirə olunacağını əlavə edib.