Azərbaycan çempionatında XIX tura start verilir

Bu gün Azərbaycan Basketbol Liqasında XIX tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki oyunu olacaq.

"Sumqayıt" "Ordu"nu, "Naxçıvan" "Sərhdəçi"ni qəbul edəcək. Hər iki görüş saat 19:00-da start götürəcək.

Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutacaq.

Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq.