Azərbaycan çempionatından "Olimpiakos"a

“Səbail”dən ayrılan Bilal Həmdi və Dilan Duventrunun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, hər iki futbolçu Kiprin “Olimpiakos” klubuna transfer olunub. Bu barədə Nikosiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onlarla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Bilal və Duventru bu yay “Zirə”dən “Səbail”ə keçmişdi. Klubda yaranan maliyyə problemi səbəbindən bir neçə gün əvvəl hər iki futbolçu komandanı tərk edib.