Azərbaycan - Fransa görüşünün hakimi bilindi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın, Avropa çempionatının seçmə mərhələsində, Fransa ilə oyununun hakimləri müəyyənləşib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü portuqaliyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Antonio Emanuel Karvalyo Nobre olacaq. Ona yan xətt hakimləri Nuno Pereyra və Bruno Alves Xesus kömək edəcək. Dördüncü hakim funksiyasını Elder Malheyro yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 10-da Kale şəhərində yerləşən “Stad Lepope” stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq