Azərbaycan futbolçuları Ukrayna millisi ilə qarşılaşacaq

Bu gündən etibarən Kiyevdə təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət yığmamız iki yoxlama oyunu keçirəcək.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Görüşlər sentyabrın 18-də və 20-də, yerli vaxtla saat 16:30-da başlayacaq.