Azərbaycan – İran oyunları üçün hakim təyinatları açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığmaları arasında oyunların hakimləri müəyyənləşib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, iyulun 7-də və 10-da baş tutacaq görüşləri təmsilçilərimiz idarə edəcək.

“Dalğa Arena”dakı ilk oyunda Rəhim Həsənov fit çalacaq. Bakı Olimpiya Stadionundakı ikinci matçda isə baş hakim Orxan Məmmədov olacaq.

Yoxlama oyunları

7 iyul

20:00. Azərbaycan U-17 – İran U-17

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Etibar Həsənov
“Dalğa Arena” 

10 iyul

20:00. Azərbaycan U-17 – İran U-17

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, Ziya Nəsirov
Bakı Olimpiya Stadionu, məşq meydançası