Azərbaycan-İrlandiya görüşünün hakimi məlumdur
21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya – Azərbaycan oyununu slovakiyalı hakimlər briqadası idarə edəcək.
Sportline.az xəbər verir ki, görüşün baş hakimi Filip Qlovaya Peter Kovaç və Yan Pozor yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Paxol Çmura yerinə yetirəcək.
Qeyd edək ki, oyun martın 27-də Dublinin "Talla" stadionunda keçiriləcək.