Azərbaycan - İspaniya görüşünün hakimi bilindi

Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsində İspaniya ilə səfər qarşılaşmasının hakimləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, UEFA qarşıdakı oyunu irlandiyalı referilərə həvalə edib.

Görüşü Paula Bredi idarə edəcək. Ona yan xətt hakimləri Mişel Onil və Olivia Sneyd köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Orla Devani yerinə yetirəcək.

Oktyabrın 4-də La Korunyadakı "Estadio Munisipal de Riazor"da keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.