Azərbaycan - İsrail matçınınn hakimləri açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsində İsrail seçməsinə qarşı keçirəcəyi oyununa hakim təyinatlar açıqlanıb. 

SportLine.az xəbər verir ki, görüş belçikalı Erik Lambrextə həvalə olunub. Ona həmyerlisi Karel De Roker və gürcüstanlı Giorgi Elikaşvili kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını gürcüstanlı Aleko Aptsiauri yerinə yetirəcək.

Qeyd edək ki, Tiflisdə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq