Azərbaycan İsveçrəyə də uduzdu

19 yaşadək qızlardan ibarət komandaların Avropa çempionatının təsnifat mərhələsi davam edir. SportLine.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti görüşünə çıxacaq. Rəqib İsveçrə seçməsi olacaq.

İlk görüşdə Türkiyəyə 0:2 hesabı ilə uduzan komandamız, bu dəfə uğurlu nəticəyə ümid edir. İlk oyununda Kipri 9:0 hesabı ilə darmadağın edən İsveçrə futbolçuları isə meydana favorit statusunu təsdiqləmək üçün çıxacaq.

Türkiyədə təşkil olunacaq matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.


06 oktyabr 2018
U-19 qızlar, Avropa çempionatının təsnifat mərhələsi
2-ci tur

Azərbaycan - İsveçrə - 0:3