Azərbaycan millisi Kiprə qalib gəldi

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması sonuncu oyununu keçirib.

SportLine.az xəbər verir ki, kiprli həmyaşıdları ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Vüsalə Seyfəddinova və Nino Qurqenidze fərqlənib. Yığma bu nəticədən sonra qrupu üç xalla üçüncü pillədə başa vurub.

Qeyd edək ki, millimiz ilk oyununda Türkiyəyə 0:2, ikinci matçda isə İsveçə 0:3 hesabı ilə uduzub. 

9 oktyabr
2-ci qrup, 3-cü tur

17:30. Kipr (U-19) - Azərbaycan (U-19) - 1:2
Qollar: 
Əhmədova, 25-avtoqol (1:0), Seyfətdinova, 34 (1:1), Qurqenizde,35 (1:2)
Hakimlər: Valentina Finzi, Tiziana Traskia

KOMANDALAR

O

Q

H

M

T/F

X

İsveçrə

3

3

0

0

17-0

9

Türkiyə

3

2

0

1

5-6

6

Azərbaycan

3

1

0

2

2-6

3

Kipr

3

0

0

3

2-14

0