Azərbaycan klubunda yeni məşqçi təyinatı olub

"Ordu" basketbol komandasında yeni məşqçi təyinatı olub. 

Bu barədə Sportline.az-a klubdan məlumat verilib.

Serbiyalı mütəxəssis Milan Kotaraç köməkçi məşqçi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, "Ordu" daha əvvəl Polad Həsənovun baş məşqçi təyin olunduğunu açıqlayıb.