Azərbaycan klubunda yeni oyunçu

“Sərhədçi” komandası heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, komanda Ənvər Asanovla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Ənvər Asanov ötən il də “Sərhədçi”də çıxış edib.