Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

SportLine.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin bütün qarşılaşmaları eyni gündə baş tutacaq.

6 dekabr (cümə axşamı)

14:00. "Ağsu” – "Sabah”

Ağsu şəhər stadionu

14:00. "Kəpəz” – "Səbail”

Gəncə şəhər stadionu

14:00. "Qaradağ Lökbatan” – "Sumqayıt”

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Şüvəlan” – "Keşlə”

"AZAL Arena”

Qeyd edək ki, "Qaradağ Lökbatan” – "Sumqayıt” və "Şüvəlan” – "Keşlə” görüşləri "CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə" komandaları mübarizəyə 1/4 final mərhələsindən qoşulacaq.