Azərbaycan kuboku: Final matçının saatı müəyyənləşdi

Futbol üzrə Azərbaycan kuboku turnirinin final matçının başlama saatı müəyyənləşib. 

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” və “Sumqayıt” komandaları arasındakı oyun saat 16:30-da başlanacaq. 

Qeyd edək ki, həlledici mayın 19-da Naxçıvan Muxtar Respublikasının stadionunda olacaq.