Azərbaycan kuboku finalının açılış mərasimi

Azərbaycan kubokunun final qarşılaşmasından əvvəl möhtəşəm açılış mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, Naxçıvan Şəhər Stadionunda baş tutan tədbiri açıq elan edən aparıcı Kamran Həsənli Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanı səhnəyə dəvət edib.

Stadiona gələn azarkeşlərə Peşəkar Futbol Liqası tərəfindən paylanan Azərbaycan bayraqları Tünzalə Ağayevanın konsert proqramına xüsusi rəng qatıb.