Azərbaycan kuboku: "Qarabağ"la "Sumqayıt" da yarımfinalda
Bu gün futbol üzrə Azərbaycan Kuboku turnirində 1/4 final mərhələsinin son 2 oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, əvvəlcə "Sumqayıt" və "Neftçi" üz-üzə gələcək. Rəqiblərin ilk oyununda qonaqlar 0-1 hesabı ilə qalib gəliblər.
Günün digər matçında isə, "Qarabağ" ilk görüşdə minimal hesabla qalib gəldiyi Keşlə"nin qonağı olacaq.
Qeyd edək ki, əvvəlki 1/4 final görüşlərindən qalib ayrılan "Zirə" və "Qəbələ" komandaları, yarımfinalda qarşılşacaqlar.
Azərbaycan Kuboku
1/4 final, cavab görüşləri
20 dekabr (cümə)
17:00. “Sumqayıt” – “Neftçi” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”
20:00. “Keşlə” – “Qarabağ” 1:3
Qollar: Mahir Emreli, 20 (0:1), Xayme Romero, 40 (0:2), Xəzər Mahmudov, 67 (1:2), Tural Bayramov, 90+2 (1:3)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”.