"Zirə" "Səbail"i mübarizədən kənarlaşdırdı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçılar müəyyənləşəcək. SportLine.az xəbər verir ki, 1/4 finalın cavab oyunlarının ilk günündə iki qarışlaşma keçiriləcək. "Neftçi" "Sumqayıt"ın, "Zirə" isə "Səbail"in qonağı olacaq.

Doğma meydanda 0:2 hesabı ilə uduzan "Neftçi" yoluna davam edə bilmək üçün rəqib qapısına, ən azı, üç dəfə yol tapmalıdır. 

"Zirə"nin işi isə daha asandır. İlk oyunda minimal hesablı qələbəyə sevinən Samir Abasovun komandasını istənilən hesablı heç-heçə və, hətta məğlubiyyət də qane edə bilər.

19 dekabr 2018
Azərbaycan Kuboku
1/4 final (cavab oyunları)

16:00. “Səbail” – “Zirə” 2-3

Qollar:Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3),  Ruslan Qurbanov, 83 (2:3) 

İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
İlk oyun: 2:0

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Kapital Bank Arena”