Azərbaycan kuboku turnirində 21-ci

Mayın 19-da Azərbaycan kubokunun 2018/2019 mövsümünün son oyunu keçiriləcək.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, yarışın final matçında “Qəbələ” və “Sumqayıt” qarşılaşacaq.

 Bu, komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcək. İndiyədək yalnız çempionatda qarşılaşan komandalar kubokun 27 illik tarixinə 465-ci cüt kimi düşəcək. Əvvəlki 25 finalda isə 20 fərqli cütlük üz-üzə gəldiyindən “Qəbələ” – “Sumqayıt” 21-ci kimi tarixə düşəcək.