Azərbaycan kuboku: "Qəbələ" və "Sumqayıt" finalda

Bu gün Azərbaycan kuboku turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Sportline.az xəbər verir ki, əvvəlcə "Qarabağ"la "Qəbələ" komandaları Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələiblər. Xatırladaq ki, rəqiblərin ilk görüşündə Ağdam təmsilçisi minimal hesabla məğlub olub - 0:1.

Günün digər matçında isə, “Zirə” “Sumqayıt”la qarşılaşıb. İlk oyunda qolsuz bərabərliklə kifayətlənən komandaların cavab matçı daha gərgin mübarizə vəd edirdi. 

Qeyd edək ki, Azərbaycan kubokunun final görüşü mayın 19-da keçiriləcək.


Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ” 2:1
Qollar:
Miçel, 37 (1:0), Dani Kintana, 58 (2:0), Davit Volkov, 81 (2:1).
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1


20:00. “Zirə” – “Sumqayıt” 3:3
Qollar:
Peyman Babayi, 19 (0:1), 27 (0:2), 45 (0:3), Pərdis Fərcad Azad, 47 (1:3), Xulio Sezar Rodriqoz, 84 (2:3), Şafik Tiqrudja, 90+5 (3:3).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev 
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0