Azərbaycan kubokunda 1/16 final mərhələsinin püşkü atıldı

Bakı İdman Sarayında futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin püşkü atılıb.

SportLine.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yenə mübarizə Birinci və İkinci liqaların təmsilçiləri arasında gedəcək. Xüsusilə də qış fasiləsinə turnir cədvəlinin ikinci və üçüncü pilləsində yollanan ADBTİA – “Standard” dueli diqqətləri cəlb edir.

25-26 yanvarda Bakı İdman Sarayında keçiriləcək 1/16 final mərhələsində qarşılaşacaqlar...

“Green Log” – “Borçalı”

“Dalğa” – “Rəvan”

“Gilan Construction” - “Mübariz”

“Bibi-Heybət” - “Obolon”

“Avanqard” - “Hövsan”

“Füzuli” -  “Advokat”

“Gənclik” İK - “Baku Fire”

“Xəzər Astara” - “Təbriz”

ADBTİA - “Standard”