Azərbaycan kubokunda 1/8 finalın oyun cədvəli

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək:

3 dekabr (çərşənbə axşamı)

15:00.“Keşlə” – “Kəpəz”

“ASCO Arena”

4 dekabr (çərşənbə)

15:00. “Sabah” – “Ağsu”

“Bank Respublika Arena” (ehtiyat meydança)

14:00. “Zirə” – “Qaradağ Lökbatan”

Zirə İdman Kompleksinin stadionu,

17:00. “Sumqayıt” – “Zaqatala”

Kapital Bank Arena”, 

Qeydlər: Püşkatmaya uyğun olaraq “Qaradağ Lökbatan – Zirə” görüşü hər iki komandanın razılığı əsasında “Zirə - Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq. “Sabah” – “Ağsu” matçından başqa bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.