Azərbaycan kubokunda 5-ci dəfə

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Zirə” – “Sumqayıt” görüşündə nadir təsadüf olunan 3:3 hesablı heç-heçə qeydə alınıb.

Sportline.az xəbər verir ki, yarışın 27 illik tarixində 5-ci dəfə bu nəticəyə təsadüf olunub. Sonuncu belə məhsuldar heç-heçə 2015/16 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Qaradağ Lökbatan”la “Şərurspor” hərəyə üç qol vurub.

1993-cü ildə “Pambıqçı” (Neftçala) – “Avtomobilçi”, 1998/99 mövsümündə isə “Bakı fəhləsi” - “Babək” matçları da bu hesabla başa çatıb. 1994/95 mövsümündə isə indiki kimi yarımfinalda altı qolluq heç-heçə qeydə alınıb. “Kəpəz”in “Kür-Nur”la matçında qalib müəyyənləşməyib.