"Qəbələ" və "Keşlə" finalda
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, həlledici görüşə vəsiqə uğrunda görüşlərdən biri paytaxtda, digəri Sumqayıtda keçiriləcək.
Səfərdə qələbə qazanan "Neftçi" bu dəfə "Qəbələ" ilə doğma meydanda üz-üzə gələcək. "Ağ-qaralar" üstünlüyü qorumaq, Roman Qriqorçukun komandası isə vəziyyəti dəyişmək barədə düşünür. Finala vəsiqə əldə etmək üçün "Qəbələ" futbolçuları, minimum iki cavabsız qolla qələbə qazanmalıdırlar.
"Sumqayıt"dan da "Keşlə" ilə görüşdə eyni nəticə tələb olunur. Ancaq "kimyaçılar" bir cavabsız qolla cütün taleyini əlavə vaxta daşıya bilər.
18 aprel
Azərbaycan kuboku
Yarımfinal (cavab oyunları)
"Sumqayıt” - "Keşlə” - 1:1
QOLLAR: Sezar Meza Kolli, 62 (0:1); Cavid İmamverdiyev, 64 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
“Kapital Bank Arena”
İlk oyun - 0:1
“Neftçi” - "Qəbələ” - 1:3
QOLLAR: Soni Mustivar, 10 (1:0); Baqali Dabo, 20 (1:1); Baqali Dabo, 30 (1:2); Cavid Hüseynov, 61/p. (1:3)
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Bakı. "Bakcell Arena”
İlk oyun - 2:1.