Azərbaycan kuboku: "Qəbələ" və "Zirə" 1/2 finalda
Bu gün futbol üzrə Azərbaycan Kuboku turnirində 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş olacaq.
Əvvəlcə "Zirə" "Səbail"i qəbul edəcək. Komandalar arasında "ASCO Arena"da keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb.
Günün digər matçında isə, "Sabah" “Bank Respublika Arena”da "Qəbələ" ilə qarşılaşacaq.
Rəqiblərin Qəbələdə keçirilmiş oyunu 3:0 hesabı ilə nəticələnmişdi.
Azərbaycan Kuboku 1/4 final mərhələsi, cavab oyunları
19 dekabr
15:00. “Zirə” – “Səbail” 1:0
Qol: Xulio Rodriqez, 105+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0.
18:00. “Sabah” – “Qəbələ” 2:3
Qollar: Davit Volkov, 22 (0:1); 23 (0:2); Bəhlul Mustafazadə, 62 (1:2); Klesio Bauk, 64 (1:3), Bəhlul Mustafazadə, 76 (2:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”
İlk oyun - 0:3
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri dekabrın 20-də olacaq. Həmin gün "Sumqayıt" "Neftçi"ni, "Keşlə" isə "Qarabağ"ı qəbul edəcək.