Azərbaycan Kuboku: Premyer Liqa klubları 1/4 finalda

Bu gün Azərbaycan Kubokunda mübarizə start götürüb. SportLine.az xəbər verir ki, yarışa 1/8 final mərhələsindən başlanıb.

Bu mərhələdə 4 oyun təşkil olunub. Nəticələrə əsasən, "Sabah", "Səbail", "Sumqayıt" və "Keşlə" klubları mərhələ adlayıblar.

Ötən mövsüm Azərbaycan Premyer Liqasında ilk 4 yeri tutan "Qarabağ”, "Qəbələ”, "Neftçi” və "Zirə” komandaları kubokda mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.

06 dekabr 2018
Azərbaycan Kuboku
1/8 final

"Ağsu” – "Sabah” - 0:3
QOLLAR: 
B.Soltanov, 6. V.Kvaşuk, 26. E.Qasımov, 75.

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Sabir Mütəllimov
Ağsu şəhər stadionu

"Kəpəz” – "Səbail” - 0:4
QOLLAR: 
T.Kitanovski, 11. A.Qurbanlı, 41. O.Qurbanlı, 62. A.Ramazanov, 77.

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
Hakim-inspektor: Azad Mütəllimov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Gəncə şəhər stadionu

"Qaradağ Lökbatan” – "Sumqayıt” - 0:4
QOLLAR: 
N.Qurbanov, 14. S.Əhmədov, 29. Ü.İsgəndərov, 69; 86.

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Ramiz Əsədov
AFFA nümayəndəsi: İlham Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

"Şüvəlan” – "Keşlə” - 0:3
QOLLAR:
Əzəmət Ələkbərli, 47/a.q. (0:1); Vaqif Cavadov, 50/p. (0:2); Andre Klennon, 85 (0:3)

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mahal Məmmədov
"AZAL Arena”

Qeyd edək ki, "Qaradağ Lökbatan” – "Sumqayıt” və "Şüvəlan” – "Keşlə” görüşləri "CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.