Azərbaycan kubokunda püşkün vaxtı açıqlandı

Azərbaycan kubokunda 2018/2019-cu il mövsümünün iştirakçı komandaları müəyyənləşib.

SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, yarışda Azərbaycan Premyer Liqasının 8 komandası ilə yanaşı, 1-ci divizion təmsilçiləri olan “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan” və “Ağsu” da mübarizə aparacaq.

Püşkatma mərasimi 14 noyabr tarixində AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 13:00-da başlayacaq.