Azərbaycan kubokunda təyinatlar açıqlandı

Azərbaycan Kuboku turnirində 1/4  final mərhələsinin cavab oyunlarının bütün təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, ilin son oyunlarını Əliyar Ağayev, Rəhim Həsənov, Rəvan Həmzəzadə və Rauf Cabarov idarə edəcək.

19 dekabr (cümə axşamı)

15:00. “Zirə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Zirə İdman Kompleksinin stadionu

18:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bank Respublika Arena”

20 dekabr (cümə)

17:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Kapital Bank Arena”

20:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elgiz Abbasov

“ASCO Arena”

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları 22 - 29 apreldə keçiriləcək. Premyer Liqada isə III dövrəyə fevralın 1-də start veriləcək.