Azərbaycan kubokunun başlama vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan kubokunun mayın 19-da "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək oyunun saatı dəyişdirilib.

Sportline.az xəbər verir ki, final görüşünün vaxtı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən dəyişdirilib.

Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək. Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.