"Qəbələ" Azərbaycan kubokunun qalibidir

Bu gün futbol üzrə Azərbaycan kuboku turniri yekunlaşıb.

Sportline.az xəbər verir ki, finalda “Sumqayıt” və “Qəbələ” komandaları qarşılaşıb.

1992-ci ildən təşkil olunan futbol üzrə Azərbaycan kuboku turnirində 8 klub ümumən 26 dəfə çempion olub. Bunlardan “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, “İnşaatçı Bakı”, “Şəfa Bakı” və “Keşlə” komandası hərəyə 1 dəfə kuboku qazanıb.

“Sumqayıt” komandası tarixində ilk dəfə kubokun finalına yüksəlmişdi. “Qəbələ” isə bunadək 3 dəfə həlledici görüşə çıxsa da, fəxri mükafatı qazana bilməyib. Qalib komanda kubokla yanaşı, UEFA Avropa Liqasına vəsiqə də qazanıb.

Azərbaycan çempionatının son mövsümündə “Sumqayıt”la 4 dəfə üz-üzə gələn Sənan Qurbanovun komandası yalnız 1 görüşdə qələbə qazanıb. 2 oyunda heç-heçə edən “Qəbələ” 1 dəfə məğlub olub. Komandalar Azərbaycan kuboku turnirində ilk dəfə qarşılaşıb.

Azərbaycan kuboku
19 May
Final

17:00. “Qəbələ” – “Sumqayıt” 1:0
Qol:
Stiven Monroz, 4
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan şəhər stadionu