Azərbaycan - Litva matçının hakimləri müəyyənləşdi

Azərbaycan və Litva yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri açıqlanıb.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu rumıniyalılar idarə edəcək.

Baş hakim Fesnik Horatiuya Avram Valentin və Kerey Alexandru yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, martın 25-də "Bakcell Arena"da keçiriləcək görüş saat 18:00-da başlanacaq.