Millimizin oyununda 6 qol
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Macarıstanın U-21 komandası olacaq.
"Dalğa Arena"da keçiriləcək görüşün start fiti saat 19:00-da səslənəcək.
Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bundan öncə Qazaxıstanla heç-heçə edib - 1:1.
08 iyun 2018
Yoldaşlıq görüşü
Azərbaycan (U-21) - Macarıstan (U-21) - 3:3
QOLLAR: Qabor Makray, 29 (0:1); Atilla Haris, 37 (0:2); Ehtiram Şahverdiyev, 49 (1:2); Matias Tayti, 52 (1:3); Renat Dadaşov, 67 (2:3); Anton Krivotçuk, 71 (3:3)
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı. “Dalğa Arena”