Azərbaycan - Makedoniya görüşünün yeri və vaxtı açıqlandı

Azərbaycan və Makedoniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun saatı dəqiqləşib.

SportLine.az xəbər verir ki, martın 27-də Türkiyənin Antalya şəhərindəki "Mardan” stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.