Azərbaycan-Makedoniya matçı türkiyəli hakimə həvalə olundu
Milli komandamızın Makedoniya seçməsi ilə yoldaşlıq matçının hakimləri müəyyənləşib.
Sportline. xəbər verir ki, qarşılaşma türkiyəli hakimlərə həvalə olunub.
Oyunu FİFA referisi Halis Özkahya idərə edəcək. Ona Kemal Yılmaz və Kerem Ersoy yardımçı olacaq. 4-cü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Makedoniya yoldaşlıq oyunu martın 27-də Antalyada "Mardan" stadionunda keçiriləcək.