Azərbaycan millisi 4-cü oldu

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirə yekun vurulub.

SportLine.az xəbər verir ki, yığma komanda bu gün 3-cü yer uğrunda oyunda Amerika Birləşmiş Ştatlarının müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandada Turan Vəlizadə 65-ci, Rauf Hüseynli isə 70-ci dəqiqədə qırmızı vərəqə alıb. Komanda turniri 4-cü sırada başa vurub.