Azərbaycan millisi Belarusa uduzdu

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, millimiz Bakı Olimpiya stadionunun ehtiyat meydançasında belaruslu həmyaşıdlarıyla qarşalışıb.

Seçməmiz rəqibinə böyük hesabla uduzub - 1:4. Komandamızın yeganə qolunu 43-cü dəqiqədə Kamal Kazımov vurub.
 
Qeyd edək ki, komandalar arasında sentyabrın 21-də daha bir görüş olacaq.