Azərbaycan millisi Bolqarıstanla üz-üzə gələcək

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.