Azərbaycan millisi darmadağına sevindi

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

SportLine.az xəbər verir ki, “Keşlə”nin U-17 komandası ilə qarşılaşan yığmamız 7:1 hesablı qələbə qazanıb.

Emil Qasımovun het-trik etdiyi oyunda digər qolları Xəqani Sadıqov, Turan Vəlizadə, Murad Mahmudov və Kamran Quliyev vurub.